Qazaxıstan Premyer Liqasında 3-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə Karaqanda “Şaxtyor”u ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Balayev oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 24 yaşlı əlcək sahibi bir neçə epizodda komandasını qoldan xilas edib.
Premyer Liqada "Tobol", "Astana" və "Kayrat" 3 turdan sonra 9 xalla ilk 3 pilləni bölüşürlər.
saytlarin hazirlanmasi