Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda "Şaxtyor"la (Karaqanda) matçın (1:0) ən yaxşısı seçilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Sözügedən oyunda iki dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə hamının qabaqlayıb. Onun çıxışı 286 xalla qiymətləndirilib.
Balayevin komanda yoldaşları - Fernandey Kassay (271) 2-ci, Aleksander Kleşenko (264) 3-cü olub.
saytlarin hazirlanmasi