Adı "Neftçi" ilə hallanan futbolçu Qazaxıstana üz tutur

08:41 - 3 Aprel 2019

Moldovanın “Şerif” klubunun belçikalı vingeri Ziqi Badibanqanın karyerasını hansı klubda davam etdirəcəyi müəyyənləşməyib.

 

Sportal.az xəbər verir ki, adı “Neftçi” ilə birgə hallanan futbolçunun Qazaxıstanda oynamaq variantı ortaya düşüb. Konqo əsilli futbolçu Premyer Liqa təmsilçisi “Ordabası”ya keçidi gündəmdədir. "Transfermarkt" tərəflərin anlaşdığını iddia edib. Lakin klublar keçidlə bağlı rəsmi açıqlama yaymayıb.

 

Qeyd edək ki, "Ordabası"nı gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze çalışdırır.

Xəbər xətti