Türkiyə I Liqasında 27-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Giresunspor” səfərdə “Balıkəsirspor”la qarşılaşıb və bu matçdan heç-heçə ilə ayrılıb - 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə meydana buraxılıb.
“Giresunspor” 27 turdan sonra 28 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi