Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt yenidən futbola qayıdıb.
Sportal.az xəbər verir ki, yamaykalı atlet Fransanın “Paris” klubuna transfer olunub. Klubun yaydığı məlumata görə, Boltla 2 illik müqavilə imzalanıb. 32 yaşlı idmançı növbəti mövsümdən yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Useyn Bolt sonuncu dəfə Avstraliyanın “Sentra Kost Mariners” futbol klubunda baxışda olmuşdu. O, futboldan ayrıldığını desə də, fikrini dəyişib.
saytlarin hazirlanmasi