Latviya çempionatında 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Ventspils”lə 1:1 hesablı heç-heçə edib.
Azərbaycanlı futbolçular oyuna start heyətdə çıxıb. Vüqar 90 dəqiqə meydanda olub, Bayramlı 67-ci, Sərkərov isə 73-ci dəqiqədə əvəzlənib.
Komandanın yeganə qolunu Vüqar Əsgərov vurub. Millimizin sabiq hücumçusu 22-ci dəqiqədə bərabərlik qoluna imza atıb.
“Dauqavpils” 4 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi