Latviya çempionatında VII turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” səfərdə “Liepaya”ya 3:2 hesabı ilə qalib gəlib.
Vüqarla Elvin oyuna start heyətdə başlayıb. Əsgərov sonadək oynayıb, Sərkərov 36-cı dəqiqədə əvəzlənib. Turalın adı isə iştirak ərizəsinə daxil edilməyib.
Komandasının vurduğu qollardan ikisinə Vüqar Əsgərov imza atıb. 33 yaşlı 58-ci dəqiqədə penaltidən qol vurmaqla hesabı 1:1 edib. Azərbaycan millisinin sabiq üzvü 90+2-ci dəqiqədə isə komandasının qələbə qoluna imza atıb.
“Dauqavpils” 7 xalla 9 komanda arasında 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi