İranda azarkeşlər arasında dava: 1 ölü, 245 yaralı

15:07 - 27 Aprel 2019

İran çempionatının 27-ci turunun "Persepolis" - "Sepehan" oyununda iki komandanın azarkeşləri arasında dava baş verib.

 

Sportal.az xəbər verir ki, "Azadi" stadionundakı iğtişaşda 1 nəfər dünyasını dəyişib, 245 nəfər yaralanıb. Tehranın Təcili Yardım Qurumunun şöbə rəisi Peyman Sabiriyan məlumatı təsdiq edib.

 

İran Futbol Federasiyasının Nizam-İntizam Komitəsinin sədri İsmayıl Həsənzadə baş vermiş hadisəyə görə müvafiq addımlar atılacağını deyib.

 

Tehranda keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər xətti