Zlatko Daliç Xorvatiya millisinin baş məşqçisi postundan ayrıla bilər.
Sportal.az xəbər verir ki, yığmanı DÇ-2018-də finala qədər aparmaqla diqqət çəkən mütəxəssisin "Bavariya", "Çelsi" və "Napoli" kimi klublardan ciddi təklifləri var. Onun yayda komandanı tərk etmək ehtimalı yaranıb. Digər bir məsələ isə Xorvatiya millisinin son oyunlarda dünya çempionatındakı performansı göstərə bilməməsidir. Bunun da Daliçin yığmadan ayrılmasında rol oynayacağı qeyd olunur.
52 yaşlı mütəxəssis böyük klublarda işləmək istədiyini bildirib: "Hər şey ola bilər. Braziliya kimi yığmada, "Barselona" kimi klubda çalışmaq istəyərəm. Ancaq fakt budur ki, sevdiyim işi doğma ölkəmdə edirəm. Ötən yay məcbur etdik ki, bütün dünya bizdən danışsın. Luka Modriç mundialın və dünyanın ən yaxşısı seçildi. Təsəvvür edin, buna Messi və Ronaldo yox, kiçik ölkənin oyunçusu layiq görüldü".
Xorvatiya millisi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Bu komanmdalar arasında Zaqrebdə keçirilən ilk görüşdə xorvatlar 2:1 hesabı ilə qalib gəlib. Cavab oyunu sentyabrın 9-da keçiriləcək.
saytlarin hazirlanmasi