Almaniyanın III Bundesliqasında 35-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” səfərdə "Ayntraxt Braunşveyq" klubu ilə 3:3 hesablı heç-heçə edib.
Dadaşov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Rüfət "Proyssen"in ilk iki qolunda məhsuldar ötürmə müəllifi olub.
Münster təmsilçisi 49 xalla turnir cədvəlində 6-cıdır.
saytlarin hazirlanmasi