Çexiya Gənclər Liqasında pley-off mərhələsinin V turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya” səfərdə “Karvina”nın qonağı olub.
Qarşılaşmada hesabı 4-cü dəqiqədə qonaqlar Fərid Nəbiyevin sayəsində açıb. “Karvina” fasiləyə qədər iki qol vuraraq üstünlük əldə edib. “Slaviya” ikinci hissənin 5-ci dəqiqəsinə Vanekin qolu ilə status-kvonu bərpa edib. Matçda yekun hesabı millimizin üzvü müəyyənləşdirib. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 76-cı dəqiqədə “Slaviya”ya qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, görüş “Slaviya”nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Fərid Nəbiyev bu mövsüm vurduğu qolların sayını 19-a çatdırıb. 19 yaşlı futbolçu həm pley-off mərhələsinin, həm də çempionatın bombardiridir.
saytlarin hazirlanmasi