Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Karabükspor”u 4:0 hesabı ilə məğlub edib.
Dəniz start heyətdə meydana çıxıb və sonadək oynayıb. 31 yaşlı futbolçu 1 qol, 1 assistlə yadda qalıb. O, cari mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb.
“Gənclərbirliyi” 67 xalla çempionatın lideridir.
saytlarin hazirlanmasi