Qazaxıstan Premyer Liqasında 9-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" evdə Kaxaber Sxadadzenin çalışdırdığı "Ordabası" ilə 1:1 hesablı heç-heçə edib.
Əvvəlki turlarda olduğumu kimi, "Tobol"un qapısını Emil Baıayev qoruyub. 25 yaşlı qapıçı 90+4-cü dəqiqədə qapısından qol buraxıb. Emil qüvvətli olmayan zərbəni zərərsizləşdirə bilməyib.
Qeyd edək ki, "Tobol" 17 xalla 2-ci pillədə qərarlaşıb. Lider isə 25 xalı olan "Astana"dır.
saytlarin hazirlanmasi