Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" səfərdə "Ural"a 1:0 hesabı ilə qalib gəlib.
Ayaz oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. 22 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə sarı vərəqə alıb.
Premyer Liqada turnir cədvəlinə 57 xalla "Zenit" başçılıq edir. "Spartak" 43 xalla 5-ci, "Ural" 33 xalla 11-cidir.
saytlarin hazirlanmasi