Ukrayna Premyer Liqasında 27-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" klubu səfərdə Kiyev "Dinamo"su ilə 1:1 hesablı heç-heçə edib.
Paşayev 90 dəqiqə meydanda olub.
İlk 6-lıqda mübarizə aparan "Aleksandriya" 48 xalla 3-cü, 61 xalı olan "Dinamo" 2-cidir. "Şaxtyor" 67 xalla liderdir.
saytlarin hazirlanmasi