Portuqaliya Sequndasında 32-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Eştoril” evdə “Akademiko Vizeu”ya 1:3 hesabı ilə uduzub.
Dadaşov start heyətdə meydana çıxıb. 19 yaşlı forvard 54-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
“Eştoril” 51 xalla 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi