Qazaxıstan kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol"un rəqibi müəyyənləşib. 1/4 finalda "Kayrat"ı darmadağınla (5:1) üstələyən Kostanay təmsilçisinin final yolundakı son rəqibi "Kaysar" olacaq. Digər cütlükdə isə "Ordabası" ilə "Atırau" qarşılaşacaq.
Bu mərhələ 2 oyundan ibarət olacaq. İlk görüş mayın 22-də "Tobol"un, cavab qarşılaşması isə iyunun 19-da "Kaysar"ın meydanında keçiriləcək.
saytlarin hazirlanmasi