Kot-d-İvuar millisinin sabiq futbolçusu Yaya Ture karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, bu barədə onun agenti Dmitri Selyuk məlumat verib. Agent 35 yaşlı yarımmüdafiəçinin butsılarını mıxdan asdığını və məşqçilik karyerasına başlayacağını bildirib. Selyuk Turenin Rusiya və ya Ukraynada işə başlayacağını qeyd edib.
Yaya Ture karyerasına peşəkar karyerasına Belçikanın "Beveren" klubunda başlyaıb. Ture "Metallurq" (Donetsk, Ukrayna), "Olimpiakos", "Monako", "Barselona" və "Mançester Siti" kimi klublarda çıxış edib. Təcrübəli futbolçu son dəfə Yunanıstanın "Olimpiakos" klubunda çıxış edib.
saytlarin hazirlanmasi