FIFA Rayolanı cəzalandırdı

18:17 - 12 May 2019

İtaliya Futbol Federasiyasından 3 aylıq cəza alan məşhur agent Mino Rayolanın işi FIFA-ya qədər gedib.

 

Sportal.az xəbər verir ki, FIFA İntizam Komitəsi bu cəzanın İtaliyanın kənarından çıxdığını açıqlayıb. Rayolanın cəzalanmasının səbəbi açıqlanmayıb. Rayolanın iş ortağı Vinçenso Rayola isə 2 aylıq cəza alıb. Ünlü agent 3 ay xidmət göstəmərəyəcək.

 

Pol Poqba, Zlatan İbrahimoviç, Marko Verratti, Henrix Mxitaryan, Canluici Donnarumma, Matteis de Liqt, Konstantinos Manola, Bleyz Matuidi, Mario Balotelli və Moyze Kin kimi futbolçular Mino Rayola ilə çalışır. Rayolanın cəzası İngiltərə Premyer Liqasında transfer pəncərəsi bağlandıqdan sonra bitəcək.

Xəbər xətti