Azərbaycanlı futbolçu Amit Quluzadə klubsuz qalıb.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi qış fasiləsində transfer olduğu Bosniya və Herseqovina təmsilçisi "Çelik"dən ayrılıb. Amitlə başa çatan müqavilə uzadılmayıb.
Qeyd edək ki, Amit “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.
saytlarin hazirlanmasi