Qazaxıstan Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Atırau"nu 3:0 hesabı ilə məğlub edib.
Ötən turu zədə səbəbindən buraxan Balayev start heyətdə meydana daxil olub və sonadək oynayıb.
"Tobol" və "Kaysar" 23 xalla Premyer Liqanın turnir cədvəlində 2-3-cü pillələri bölüşdürür. Lider "Astana"nın 28 xalı var.
saytlarin hazirlanmasi