Portuqaliya Sequndasında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Eştoril” 34-cü turda doğma meydanda “Famalikao”ya 2:1 hesabı ilə qalib gəlib.
Cəzalı olan Dadaşov mövsümün son matçında iştirak etməyib. 20 yaşlı hücumçu mövsüm ərzində 22 oyuna 4 qol vurub. İntizamsız hərəkətləri ilə daha çox gündəmə gələn futbolçu 4 dəfə sarı, iki dəfə isə qırmızı vərəqə alıb.
“Eştoril” mövsümü 54 xalla 18 komanda arasında 3-cü başa vurub.
saytlarin hazirlanmasi