Litva I liqasında IX turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Quliyevin çıxış etdiyi “Jonava” klubu evdə “Jalqiris”in əvəzedici komandasını qəbul edib.
Görüş Quliyevin komandasının 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ Futbol Akademiyası”nın yetirməsi 90 dəqiqə meydanda olub. Quliyev komandasının qələbəsində böyük pay sahibi olub. Gənc oyunçu 3 qol vurub, 2 assist edib.
Kamran Quliyev 9 turdan sonra 4 qol vurub, 7 məhsuldar ötürmə edib. O, çempionatda məhsuldar ötürmələrin sayına görə liderdir.
Qeyd edək ki, 9 turdan sonra aktivində 17 xal olan “Jonava” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi