Qazaxıstan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu evdə "Kaysar"ı 1:0 hesabı ilə məğlub edib.
Start heyətdə meydana çıxan Emil sonadək mübarizə aparıb.
Cütün cavab görüşü iyunun 19-da baş tutacaq.
Yarımfinalın digər oyununda "Ordabaşı" evdə "Atırau" ilə 1:1 hesablı heç-heçə edib.
saytlarin hazirlanmasi