Danimarka millisinin üzvü Niklas Bendtner Norveçin "Rusenborq" klubundan ayrılıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə başa çatmış müqavilə uzadılmayıb. Hücumçu azad agent statusuna yiyələnib.
Bendtner "Arsenal", "Birmingem", "Sanderlend", "Yuventus", "Volfsburq", "Nottingem Forest" klublarında da çıxış edib. O, 2017-ci ildən çıxış etdiyi "Rusenborq"da 55 oyuna 24 qol vurub.
saytlarin hazirlanmasi