Qazaxıstan çempionatında XXIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” evdə Karaqanda “Şaxtyor”una 2:0 hesabı ilə qalib gəlib.
Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. 25 yaşlı qapıçı 73-cü dəqiqədə "Tobol"un qapısına təyin olunmuş penaltini dəf edib.
“Tobol” Premyer Liqanın turnir cədvəlində 29 xalla 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi