FIFA Qətərə növbəti dəfə turnirlərə ev sahibliyi etmək üçün imkan yaradıb.
Sportal.az qurumun saytına istinadən xəbər verir ki, klublararası dünya çempionatı iki il ərzində Qətərdə təşkil ediləcək. 2019 və 2020-ci ildə təşkil olunacaq turnirlər Qətərdə keçiriləcək. FIFA Qətərin DÇ-2022-yə yaxşı hazırlaşması üçün bu addımı atıb.
Klublararası dünya çempionatı sonuncu dəfə Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub.
saytlarin hazirlanmasi