Qazaxıstan Premyer Liqasında 13-cü turun rəmzi komandası açıqlanıb.
Sportal.az xəbər verir ki, “Tobol”un üzvü olan Azərbaycan millisinin qapıçısı Emil Balayev ən yaxşı 11-likdə yer alıb.
Ötən tur “Şaxtyor”la (Karaqanda) oyunda penaltini qaytaran və 3 qurtarış edən 25 yaşlı əlcək sahibi simvolik komandadır.
Emil ilk dəfə rəmzi heyətə daxil edilib.