Braziliya millisinin sabiq üzvü Felipe Melo çıxış etdiyi "Palmeyras" klubu ilə müqaviləni uzadıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə 2021-ci ilin yayına kimi müqavilə imzalanıb.
Melo 2017-ci ildə İtaliya "İnter"indən "Palmeyras"a keçib. Braziliyalı futbolçu Avropada "Malyorka", "Rasinq", "Almeriya", "Fiorentina", "Yuventus", "Qalatasaray" və "İnter" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi