Ramil Şeydayev azarkeşlərdən üzr istədi

10:15 - 13 İyun 2019

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev AÇ-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu bu bardə "Facebook" səhifəsində yazıb: "Zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz".

 

"Krılya Sovetov"un futbolçusu matçdan sonra müsahibə zamanı ağlaması ilə bağlı fikirlər haqda da danışıb: "Müsahibədə ağlamamışam, tərimi silirdim".

 

Qeyd edək ki, oyunda millinin yeganə qolunu Şeydayev vurub.

Xəbər xətti