Bosniya və Herseqovina milli komandasının baş məşqçisi Robert Prosineçki yığmanın hücumçusu Edin Cekonun "Roma"dan ayrılacağını açıqlayıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 33 yaşlı hücumçunun İtaliyanın başqa klubuna keçəcəyini deyib:
"Cekoyla söhbət etdim. "Roma"dan ayrılacağını və başqa İtaliya klubuna keçəcəyini dedi".
İtaliya mətbuatı bosniyalı forvardın "İnter"lə anlaşdığını yazıb.
"Roma" Cekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. O, "canavarlar"da 179 oyuna 87 qol vurub, 38 assist edib.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırıb.
saytlarin hazirlanmasi