Amiotrofik skleroz (ALS) xəstəliyindən əziyyət çəkən hollandiyalı futbolçu Fernando Riksen iyunun 28-də evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanının öz imzası ilə ölümə razı olması) ediləcək.
Sportal.az xəbər verir ki, 42 yaşlı sabiq müdafiəçi sosial şəbəkə hesabında azarkeşlərə müraciət edib:
"Salam. 28 iyun mənim üçün xüsusi gündür. Bu, mənim son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək".
Riksen 2013-cü ildən sağalmaz xəstəlikdən əziyyət çəkir. Beyindən əzələlərə impulsları ötürən neyronların məhv olması ilə müşahidə edilən xəstəliyə yoluxan insanlar 5 il ərzində həyatlarını itirir. Keçmiş futbolçunun çəkisi 38 kiloqrama düşüb.
Riksen peşəkar karyerasına Hollandiyanın "Fortuna" klubunda başlayıb. O, "Alkmar" (1997-2000), "Reyncers" (2000-2006), "Zenit" (2006-2009) kimi klublarda çıxış edib. Hollandiyalı futbolçu karyerasını "Fortuna"da başa vurub (2010-2013). Riksen 2000-2003-cü illərdə Hollandiya yığmasında forma geyinib.
saytlarin hazirlanmasi