Uels yığmasının və "Liverpul"un sabiq futbolçusu Kreyq Bellaminin yeni iş yeri bəlli olub.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis Belçikanın "Anderlext" klubunda çalışacaq. O, U-21 komandasının baş məşqçisi təyin edilib. Klub saytının məlumatına görə, gənc mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Bellami sonuncu dəfə "Kardiff Siti"nin U-18 komandasını çalışdırıb.
saytlarin hazirlanmasi