"Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi KONKAKAF "Gold Cup 2019"un B qrupunda ikinci oyununu keçirib.
Sportal.az xəbər verir ki, komanda Nikaraqua ilə qarşıllaşıb və 2:0 hesablı qələbə əldə edib.
Start heyətdə meydana çıxan Gerye 81-ci dəqiqədə əvəzlənib. O, 66-cı dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, ilk görüşdə Bermudaya qalib gələn Haiti millisi turnir cədvəlində 6 xalla Kosta-Rika ilə birlikdə ilk iki yeri bölüşdürür.
saytlarin hazirlanmasi