KONKAKAF "Gold cup 2019" turnirində 1/4 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi Kanadayla qarşılaşıb.
İlk hissədə 0:2 hesabı ilə geri düşən haitililər fasilədən sonra üç qol vuraraq fantastik geri dönüşə imza atıblar. Haitinin üçüncü qoluna Donald Gerye imza atıb.
Start heyətdə oyuna başlayan 30 yaşlı yarımüdafiəçi 83-cü dəqiqədə əvəz edilib.
Haiti yarımfinalda Meksikayla qarşılaşacaq. Oyun iyulun 3-ü Bakı vaxtı ilə 06:00-da başlayacaq.
saytlarin hazirlanmasi