Latviyanın "Dauqavpils" klubundan ayrılan Azərbaycan millisinin sabiq üzvü Vüqar Əsgərovun yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard karyerasını Latviyada davam etdirəcək. Təcrübəli hücumçu yüksək liqa təmsilçisi "Liepaya" ilə müqavilə imzalayıb.
"Liepaya"nın baş məşqçisi "Bakı" klubunun sabiq çalışdırıcısı Aleksandr Starkovdur. 57 yaşlı latviyalı mütəxəssis 2011/12 mövsümündə paytaxt klubunu çalışdırıb.
saytlarin hazirlanmasi