"Sports.kz" saytı Qazaxıstan Premyer Liqasının XVI turunun rəmzi komandasını müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, simvolik komandada Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev də yer alıb.
Emil komandasının səfərdə "Jetısu" üzərində 1:0 hesablı qələbə qazanmasında pay sahibi olub. 25 yaşlı əlcək sahibi bir neçə epizodda komandasını qoldan xilas edib.
Emil Balayev çempionatda artıq ardıcıl 7-ci oyundur ki, qol buraxmır (630 dəqiqə). Milli üzvü bu göstəriciyə görə Qazaxıstan çempionatında liderdir.
saytlarin hazirlanmasi