Rusiyanın "Krılya Sovetov" klubu ilə müqaviləsi başa çatan Azərbaycan millisinin üzvü Ramil Şeydayevin yeni komandası bəlli məlum olub.
Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu karyerasını digər Premyer Liqa təmsilçisi "Dinamo"da davam etdirəcək.
Sport24.ru saytının məlumatına görə, Şeydayev Moskva təmsilçisi üçün tibbi müayinədən keçib. Tezliklə Ramilin "mavi-ağlar"a transferi rəsmiyyətə qovuşacaq.
"Dinamo" azərbaycanlı futbolçunu azad agent statusu ilə transfer edib.
Ramil Şeydayev ötən mövsüm "Krılya Spvetov"la bir illik müqavilə imzalamışdı. Forvard Premyer Liqada 18 oyuna 4 qol vurub. Ramil qollardan ikisinə penaltidən imza atıb.
saytlarin hazirlanmasi