Azərbaycan millisinin üzvü Emil Balayev çıxış etdiyi Qazaxıstanın "Tobol" klubunda növbəti dəfə fərqlənib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper Premyer Liqanın 16-cı turunda "Jetısu" ilə matçında (1:0) ən yaxşı üç futbolçusundan biri olub. Qapısını toxunulmaz saxlayan qapıçının indeks balı "Insta Sport"a görə, 278 olub.
Balayevin komanda yoldaşları - Fernander Kassay 297, Niko Kvekveskiri 290 bal toplayıb.
saytlarin hazirlanmasi