Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov Praqa “Sparta”sı ilə keçirilən yoxlama oyunundan sonra klubun "Youtube" kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə polşalı yarımmüdafiəçi Sebastian Şimanskinin debütü barədə danışıb:
"Zaman yoxdur, ona görə də, yeni transferlərə də şans verdik. Daha öncə başqa komandada təlim-məşq toplanışda idilər. İndi isə yeni komandada fərqli şərtlər altındadırlar. Sebastian bir dəfə oyunu üzərinə götürdü. Uyğunlaşmaq üçün vaxt lazımdır. Ramil hücumda elə də fəal olmadı. Ancaq onun da komandaya uyğunlaşması üçün zamanı var".
Xoxlov daha sonra Şeydayevlə bağlı bunları deyib: "Ramilin Rusiyanın gənclər yığmasındakı performansını xatırlayıram. Gənc futbolçudur, "Krılya Sovetov"da mövsümün ikinci yarısında öz oyun ipuclarını açdı və daim meydanda oldu. İndi isə fərqli kluba gəlib. Görək, burada özünü necə göstərəcək. Hücumçu kimi yaxşı göstəricilərə malikdir".
Qeyd edək ki, 23 yaşlı hücumçu “Dinamo” ilə 1 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi