Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Dinamo” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, Moskva təmsilçisi Çexiyanın “Slovan” (Liberets) klubu ilə qarşılaşıb və 1:0 hesbalı qələbə qazanıb.
Ramil Şeydayev start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. 23 yaşlı forvard qolun vurulmasında fəal iştirak edib.
saytlarin hazirlanmasi