Qazaxıstan Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” evdə “Astana” ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Ardıcıl 7 oyunda qapısını toxunulmaz saxlayan 25 yaşlı əlcək sahibinin uğurlu seriyası bu matçda qırılıb.
“Tobol”la “Astana” 38 xalla ilk iki pilləni bölüşür. "Astana" iki oyun çox keçirib.
saytlarin hazirlanmasi