Latviya çempionatında XXI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun yeni transfer olduğu “Liepaya” klubu evdə “Spartak”la 2:2 hesablı heç-heçə edib.
Vüqar start heyətdə meydana çıxmaqla yeni komandasında debüt edib. Azərbaycan millisinin sabiq üzvü 81-ci dəqiqədə əvəzlənib.
“Liepaya” 23 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi