Kopa Amerika turnirinin 3-cü yer uğrunda görüşündə Argentina Çiliylə qarşılaşır.
Sportal.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Çilinin yarımmüdafiəçisi Qari Medel Argentinanın kapitanı Lionel Messini çiyni ilə vurub. Qarşılaşmanın baş hakimi Mario Dias de Vivara hər iki futbolçuya qırmızı vərəqə göstərib.
Messi sonuncu dəfə 2005-ci ildə Macarıstanla yoxlama görüşündə qırmızı vərəqə alıb. 32 yaşlı əfsanə "Barselona"da qırmızı vərəqə görməyib.
saytlarin hazirlanmasi