Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol" klubu Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburq "Jeness"i ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Sportal.az xəbər verir ki, Kostanay təmsilçisi 23 futbolçunu sifariş edib. Siyahıda Emil Balayevin də adı yer alıb.
Komandalar arasında ilk oyun iyulun 11-i Lüksemburqda reallaşacaq. Cavab oyunu isə ayın 18-i Astanadakı "Astana Arena"da baş tutacaq.
"Tobol" ev oyununu təmsil etdiyi şəhərdə keçirməyəcək. Buna səbəb Kostanay hava limanında təmir işlərinin getməsidir.
saytlarin hazirlanmasi