"Partizani"nin futbolçusu: "Meydan amilindən istifadə etməliyik"

12:43 - 10 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ"ı qəbul edəcək Albaniyanın "Partizani" klubunun yeni transferi Villiam Kordeyro açıqlama verib.

 

Sportal.az newsport.al-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi bu gün Bakı vaxtı ilə 19:30-da başlayacaq oyuna yaxşı kökləndiklərini deyib 

 

"Çempionlar Liqasında yaxşı başlanğıc bizim üçün çox özəl addım olar. Yaxşı hazırlıq keçmişik, oyuna motivasiya olmuşam. "Qarabağ"ın çətin rəqib olacağını bilirik. Ancaq qalib gəlmək üçün meydan amilindən istifadə etməliyik. Yaxşı nəticə bizi cavab oyununa daha rahat şəkildə çıxaracaq".

 

25 yaşlı müdafiəçi ötən mövsüm "Kukesi"nin heyətində ÇL-in II təsnifat mərhələsində "Qarabağ"la keçirilən hər iki oyunda meydanda olub. Ağdam klubu "Kukesi"ni mübarizədən kənarlaşdırmışdı (0:0 / 3:0).

Xəbər xətti