Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, ilk turun açılış oyununda Tula “Arsenal”ı evdə Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi Moskva “Dinamo”sunu qəbul eləyib.
Oyun 1:1 hesablı heç-heçəylə başa çatıb.
Ramil paytaxt klubunda ilk rəsmi oyununu keçirib. 23 yaşlı forvard matça start heyətdlə başlayıb və 88-ci dəqiqədə əvəzlənib
“Arsenal” “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibidir.
saytlarin hazirlanmasi