Qazaxıstan Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə “Ordabası”yla 0:0 hesablı heç-heçə edib.
Emil start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” 39 xalla birinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi