Paşayevli "Aleksandriya"dan qələbə

10:52 - 15 İyul 2019

Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi Ukraynanın “Aleksandriya” klubu Bolqarıstandakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Makedoniyanın “Borets” klubu ilə üz-üzə gəlib.

 

Qarşılaşmanın taleyini 1 qol həll edib. “Aleksandriya” ilk yarıda təyin olunan penaltidən maksimum yararlanmaqla bu oyundan 1:0 qalib ayrılıb.

 

Paşayev də bu görüşün iştirakçısı olub. O, fasilədən sonra meydana buraxılıb.

Xəbər xətti