Klarens Zeedorf Kamerun yığmasından göndərildi

00:00 - 17 İyul 2019

Kamerun Futbol Federasiyası millinin baş məşqçisi Klarens Zeedorfla yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis və onun köməkçisi Patrik Kluyvert Kamerunun Afrika Millətlər Kubokunun 1/8 finalında mübarizəni dayandırmasından sonra vəzifələrindən göndərilib.

 

Zeedorf 2018-ci ildə Kamerunun baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti